
Bakı.Trend:
Naftalan Sağlamlıq və Müalicə Mərkəzi cərimələnib
Trend xəbər
verir ki, Naftalan Sağlamlıq və Müalicə Mərkəzi barədə Səhiyyə
Nazirliyi tərəfindən tərtib edilən protokol təsdiq edilib.
Belə ki, 24 iyul 2025-ci il tarixdə saat 16:00-da müəssisədə
keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki
fəaliyyət ilə məşğul olma faktı aşkar edilib. Mərkəz barədə
İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati
protokol tərtib edilib.
Mərkəzin direktoru izahat verərək bildirib ki, Səhiyyə
Nazirliyinin əməkdaşlarının cəmiyyətə məxsus sanatoriyada
keçirdikləri planlı yoxlama zamanı sertifikatsız özəl tibbi
praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilib. O bildirib
ki, buna səbəb Naftalan şəhərində olan kadr çatışmazlığıdır.
Naftalan Şəhər Mərkəzinin qərarı ilə Səhiyyə Nazirliyi
tərəfindən tərtib olunan protokol təsdiq edilib. Protokola əsasən
mərkəz İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə
tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 6000
manat məbləğində cərimə edilib