Hərbçilərimiz təlimdə tanklarla “şou” göstərdilər – VİDEO

Gündəm

Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdiriblər.

Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir