Çarlz Villi: “Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla bərpa edir”

Gündəm

“Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla bərpa edir, minatəmizləmə işində tərəqqi var”.

Bunu “Report”a San-Fransiskodan olan səyyah Çarlz Villi deyib.

Onun sözlərinə görə, bu, onun azad edilən ərazilərə ikinci səfəridir və ilk dəfə ötən ilin sentyabr ayında burada olub.

“Azərbaycan ərazilərini uğurla bərpa edir, artıq Füzulidə hava limanı tikilib, minatəmizləmə işində də tərəqqi var. İndiki səfərimdə bu dövr ərzində görülmüş işi müqayisə edə bilərəm”, – Ç.Villi bildirib.

Səyyah yerli sakinlərin bu ərazilərə qayıtmasına mane olan mina çirklənməsinin törətdiyi təhlükəni xüsusilə vurğulayıb:

“Yolda dağıntıların şahidi oldum. Mənə bir sual maraqlıdır: buraları işğal etdikdən sonra onlar niyə yalnız dağıtmaqla məşğul olublar, heç nə tikməyiblər? Burada heç təsərrüfatla da məşğul olmayıblar. Onlar məscidlərdə donuz saxlayıblar”.

Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyah Azərbaycanın azad edilmiş ərazilərinə səfərə başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olacaq.

Nümayəndə heyəti Xocavənd rayonundakı Azıx mağarasını ziyarətdən sonra Şuşaya yollanacaq. Daha sonra onlar Ağdama, Kəlbəcərə və Laçına gedəcəklər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir