ABŞ-da koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Hadisə

ABŞ-da bir gün ərzində koronavirusa yoluxma sayı pandemiyanın başlanğıcından qeydə alınan antirekordu ötüb.
Bu barədə “The Washington Post” qəzeti bildirib.
Qeyd edilir ki, son sutkada ölkədə virusa yeni yoluxma 57 497 təşkil edib.
Buna qədər virusa ən böyük yoluxma 2 iyulda qeydə alınıb. Həmin gün 55 220 nəfərdə koronavirus aşkarlanıb.
Son doqquz gün ərzində belə pik göstəricilər yeddi dəfə qeydə alınıb.  Son məlumatlara görə, ABŞ-da COVID-19-a ümumilikdə 2 890 588 yoluxma qeydə alınıb, təhlükəli infeksiyadan 132 101 insan ölüb. Bununla yanaşı, virusa yoluxmuş 1 235 488 pasiyent sağalıb. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.