Azərbaycanda yanğınsöndürən maşın qəza törətdi: Yaralılar var

Hadisə Region

Xaçmaz rayonunda Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınöndürən avtomobili qəza törədib.
Hadisə Bakı-Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan “VAZ-2101” markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində VAZ-ın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini – 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş beyin silkələnməsi, üzün çoxsaylı xəsarətləri diaqnozu qoyulub.
S.İslamovun vəziyyəti ağır olduğundan, o, reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir