Leysan yağışlar və güclü külək Zaqatalada fəsadlar törədib

Hadisə Region

Zaqatalada leysan yağışları və güclü külək bir sıra fəsadlar törədib.  
Avqustun 2-si axşam saat 21 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürüb, ildırım çaxıb. Bölgəni əhatə edən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları ərazisində yağış yağıb. 
Zaqatala rayonu ərazisində güclü külək əsib, dağlıq ərazilərə leysan yağıb. Güclü külək nəticəsində rayonun bir sıra ərazilərində elektrik dirəkləri və naqillər qırılıb. Bəzi yerlərdə iri gövdəli ağacların qırılan budaqları elektrik naqillərinin üzərinə düşüb. Rayonun 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. 
Dağlara yağan leysan yağışları nəticəsində Zaqatalanın Tala çayında qısa müddətli sel keçib. Tala çayından keçən sel 16 mindən çox əhalisi olan rayonun Yuxarı Tala və Aşağı Tala kənlərini içməli su ilə təmin edən su xəttini zədələyib.
Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir