Azərbaycanda daha bir həkim koronavirusdan öldü – FOTO

Gündəm Hadisə

Azərbaycanda daha bir həkim koronavirus vəfat edib.
Bu barədə endokrinoloq Yeganə Muradova sosial media hesabında məlumat verib.
1970-ci il təvəllüdlü Gəncədə çalışan travmatoloq Mehman Hüseynov bir müddət Bakıda xüsusi xəstəxanada müalicə alıb. 
Y.Muradova paylaşımında qeyd edib:
“Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir