Ağstafada Sadıqlı kənd məktəbinin tikintisində qaydalar belə pozulur – İDDİA

AKTUAL Hadisə Region

Ölkənin hər yerində yeni məktəblərin tikintisi və ya mövcud təhsil ocaqlarının müasir tələblər səviyyəsinə çatdırılması rayonda həyata keçirilən quruculuq işlərinin prioritet xəttini təşkil edir ki, bu da bir vətəndaş kimi bizi çox sevindirir.

Lakin təəssüf doğuran məqam odur ki, Ağstafa rayonu Sadıqlı kənd tam orta məktəbinin tikintisində bu gün qayda-qanuna əməl olunmur. Belə ki, burda çalışan işçilər karantin qaydalarına əməl etmədən fəaliyyət göstərirlər. Layihə rəhbəri Rəhim adlı şəxs olan məktəb tikintisində çalışan işçilərin heç biri maska taxmır, sosial məsafə gözləmir. Tikinti zamanı qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik qaydalarından danışmağa ümumiyyətlə, dəyməz. Bir sözlə, Ağstafa rayonu Sadıqlı kənd tam orta məktəbinin tikintisində dövlət başçısı, cənab İlham Əliyevin imzaladığı qanun qaydalarına birmənalı şəkildə əməl olunmur.

Məsələ ilə bağlı danışan Rəhimin məsul işçisi (köməkçisi) özünəməxsus xüsusi əda ilə “burda mənəm, Bağdadda kor xəlifə” məsəlini xatırladır sanki. Özünün dediyindən belə məlum olur ki, 10 milyonluq əhalisi olan Azərbaycanda yazılan qanun-qaydalar bir tək Rəhimin tikintisində çalışanlara aid deyil… “Mənə necə xoşdur, elə də işləyirəm” deməkdən çəkinməyən bu adam, hər bir hərəkət və davranışında ölkə başçısına hörmətsizlik etmədkən çəkinmir.

Mövzunu diqqətdə saxlayacağıq…

Bizi izləyin…

P.S. Sözügedən kadrları əks etdirən videosüjetimiz tez zamanda SD disk formatına köçürülərək tərəfimizdən aidiyyatı məsul orqanlara rəsmi məktubla birlikdə təqdim ediləcək.

“qaynar-xett.az”

hüquq şöbəsi

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir