Ağsuda oğurlanan samovar deputatın babasından miras qalıb – YENİLƏNİB + FOTO

Hadisə Region

Azərbaycanda deputatın qardaşının evindən oğurluq edilib. “Report”un əldə etdiyi məlumata görə ki, hadisə Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Belə ki, rayon sakini, Milli Məclisin deputatı Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli ona məxsus evdən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət edib. “Bakıya getmişdim, qayıdandan sonra gördüm ki, evimizə oğrular girib. Oğrular evdə müəyyən ziyanlı işlər görüblər. Samovar babalarımızdan qalma əşya idi və antikvar idi”, – zərərçəkən F.Kərimli deyib. Hadisəni törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır. Məlumat üçün bildirək ki, Fəxrəddin Zayıdağa oğlu Kərimli 2020-ci ildə Milli Məclisə keçirilən seçkilər zamanı T.Kərimlinin rəhbəri olduğu Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi olub.

10:14 Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb. Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir