Biləsuvarda xəstəxanada 3 yaşlı uşaq ölüb

Hadisə

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, rayonun Xırmandalı kənd sakini, 2022-ci il təvəllüdlü Uğur Hacızadə əməliyyat olunması üçün xəstəxanaya gətirilib. Azyaşlı bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.