Naxçıvanda dörd ayda 43 nəfəri ilan, 137 nəfəri əqrəb sancıb

Hadisə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aprel ayından bu günə qədər Naxçıvanda ilan sancması ilə bağlı statistikanı açıqlayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, ilan sancması diaqnozu ilə ümumilikdə 43 nəfər müraciət edib.

Həmçinin, qeyd olunan müddətdə əqrəb sancması diaqnozu ilə 137 nəfər, qara əqrəb sancması diaqnozu ilə 7 nəfər, gün vurma diaqnozu ilə isə 6 nəfər xəstəxanalara müraciət edib.