Azərbaycanda “MasterCard” ödəniş kartları ilə əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin iyunun ayının sonuna Azərbaycanda rezident maliyyə
institutlarının (həmçinin statistik vahidin ödəniş kartları)
emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların
sayı 78,7 milyon ədəd, əməliyyatların həcmi isə 5,1 milyard manat
olub.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bir il əvvəlki göstərici ilə müqayisədə
“MasterCard” kartları ilə əməliyyatların sayı 27,7 milyon ədəd və
ya 54,2%, əməliyyatların həcmi isə 1,3 milyard manat, yaxud da 1,3
dəfə artıb.




Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə
institutlarının emissiya etdiyi “MasterCard” kartları vasitəsilə
əməliyyatların sayı 483,7 min ədəd, əməliyyatların həcmi isə 48,8
milyon manat olub. Ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi
“MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 9,7 min ədəd
və ya 2% artıb, əməliyyatların həcmi isə 2,3 milyon manat, yaxud da
4,5% azalıb.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi
ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,
ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli
banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata
keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs
olunur.

Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş
kartları vasitəsilə əməliyyatların həcmi və say isə xarici
ölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutları
tərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları ilə
Azərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumi
məbləğini (həcmini) göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir