Kürdə batan şəxsin meyiti tapılıb

Hadisə

Bakı. Trend:

İyulun 20-də Kürdə batan şəxsin meyiti iyulun 31-də tapılıb.

Trend-in
məlumatına görə, 1987-ci il təvəllüdlü Bərdə şəhər sakini Sənan
Əliyevin meyiti ötən gün saat 23:20 radələrində Bakı-Qazax
avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının
üzərindən keçən körpünün alt tərəfinə yaxın ərazidə aşkar
edilib.




Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma
aparılır.

Xatırladaq ki, S.Əliyev iyulun 20-d saat 15 radələrində Kür
çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suda üzərkən
batıb.