Gəncədə yaşayış binasında partlayış: Ölən var

Hadisə

Gəncə şəhərində beş mərtəbəli binada partlayış olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş verib.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

Yanğının başvermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir