
Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ötən gecə Ukraynanın Odessa şəhərində SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Avqustun 17-də axşam saatlarında Odessada partlayışlar baş verib. Bu barədə şəhərin meri Gennadi Truxanov məlumat verib. Monitorinq kanallarının məlumatına görə, 30-a qədər hücumçu PUA müxtəlif istiqamətlərdən Odessaya doğru hərəkət edib.