Qəbələdə beşmərtəbəli binada yanğın baş verib

Hadisə Region

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 60 kvm olan mənzilin eyvanında həcmi səkkiz və dörd litr olan iki ədəd qaz balonundan çıxan qaz, pəncərə çərçivəsi və iki ədəd qapı qismən yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir