Qubada evdən içində külli miqdarda pul olan seyf oğurlandı – VİDEO

Hadisə

Quba Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs özünə məxsus evdən qapını sındırma yolu ilə oğurluq edilməsi barədə məlumat verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Nicat Nəcəfov və Laçın Sərkərov  saxlanılıblar. 

Həmin şəxslərin zərərçəkmişə aid evə girərək oradan içərisində 125 000 manat və 10 min 310 dollar olan seyfi oğurladıqları müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir