Sabunçuda arvadını kabellə boğmağa çalışan şəxs cərimələnib

Hadisə

Bakı.Trend:

Sabunçuda kabellə ona xəsarət yetirən arvadını həmin kabellə
boğmağa çalışan kişi cərimələnib.

Trend-in
məlumatına görə, hadisə rayonun Ramana qəsəbəsində baş verib.

Belə ki, zərərçəkmiş şəxs övladları dərman içdikdən sonra həmin
dərmanı harasa qoyduğu üçün onu tapa bilməyib. Daha sonra
təqsirləndirilən şəxs həmin dərmanı axtardıqda evin həyətindən
tapıb və buna görə də ona öz iradlarını bildirməyə başlayıb. Qeyd
edilib ki, o durmadan onun ünvanına böhtan xarakterli ifadələr
işlətməyə davam edib.Bu aralarında mübahisə yaranıb, zərərçəkmiş
şəxs evin dəhlizində olan kabeli götürərək ona zərbələr vurub.
Təqsirləndirilən şəxs isə həmin kabel ilə onu boğmağa çalışdıqda
onun əlindən çıxıb, sonra isə Müşfiq evdən çıxdıqda təxminən 3-4
dəqiqə davam edən mübahisələri bitib.




Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını,
ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı
şikayət və tələbinin olmadığını bildirib və bu barədə müvafiq
ərizəni məhkəməyə təqdim edib.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs
Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət
əməlinin törədilməsində təqsirli bilinərək barəsində 1000 manat
məbləğində cərimə cəzası təyin edilib.