Şuşada DTX, polis və agentlik əməkdaşlarından əməliyyat: Xeyli silah-sursat tapıldı – VİDEO

Hadisə

Şuşada xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1 “Faqot”, 12 müxtəlif növ əl qumbarası, 99 müxtəlif növ mərmi, 1 220 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir