Tanınmış tennisçi koronavirus testindən keçməkdən imtina etdi

Dünya İdman

Dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç koronavirus analizi verməkdən imtina edib.

Bu barədə Serbiyanın “Kurir” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ötən gün Xorvatiyada keçirilən “Adria Tour” tennis turnirində çıxış edən Novak Cokoviçin komanda yoldaşı və onunla sıx əlaqədə olan Qriqor Dimitrov COVID-19 virusuna yoluxduğunu açıqlayıb.

Bu hadisədən dərhal sonra komandanın baş məşqçisi Qoran İvanişeviç də koronavirus testindən keçib və nəticə mənfi olub. N.Cokoviç isə özünü yaxşı hiss etdiyini əsas gətirərək, COVID-19 testindən keçmək istəmədiyini bildirib.

N.Cokoviçə yaxın olan şəxslər bildirib ki, tennisçi Belqradda olan şəxsi həkimi ilə əlaqə saxlayıb və onun tövsiyələrinə əsasən hərəkət edəcək.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir