Millimizin sabiq üzvü: “Oğullarımın babası Tovuzdandır”

İdman

“Uzun illər Azərbaycanı idman arenasında təmsil etmişəm və bu ölkə ilə çox sıx bağlıyam. Ərim azərbaycanlı, övladlarımız azərbaycanlıdır. Bu ölkə həmişəlik qəlbimdədir”.

Bunu bədii gimnastika üzrə millimizin sabiq üzvü Aliyə Qarayeva deyib.

Avropa çempionu, səkkizqat dünya mükafatçısı olan tatar əsilli sabiq gimnast Tovuzda baş verənlərə biganə qalmayıb:

“İyulun 12-də Azərbaycanın Tovuz rayonu Ermənistan tərəfindən kütləvi artilleriya atəşinə məruz qalıb. Döyüşlər bu günə qədər davam edir. Azərbaycan tərəfi bu hücumları dəf etməyi bacardı, amma təəssüf ki, 11 nəfər (Şəhid olan hərbçilərimiz nəzərdə tutulur – red.) həlak oldu.

Bu hadisələr ailəmizə də təsir etdi. Axı oğullarımın böyük babası, Sovet İttifaqı qəhrəmanı Mərdan Musayev bu rayondandır.

Bu insanların ölümü hamımız üçün böyük bir kədərdir. Onlar Vətənlərini müdafiə edərək öldülər. Vəfat edənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Sizinlə birgə kədərlənirik.

Bu çətin günlərdə Prezidentimizin ətrafında toplaşmalı və Azərbaycanın xeyrinə hər şeyi etməliyik”.

Səbuhi Musayev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir