“Roma” braziliyalı müdafiəçini transfer edib

İdman

Bakı. Trend:

İtaliyanın “Roma” komandası heyətinə yeni futbolçu cəlb
edib.

Trend-in
məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.




Məlumata əsasən, paytaxt təmsilçisi braziliyalı futbolçu Uesli
Fransanın keçidini rəsmiləşdirib.

Son olaraq “Flamenqo”da çıxış etmiş müdafiəçi ilə 5 illik
müqavilə imzalanıb.