Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı

Dünya İdman

UEFA Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub. 
İlk olaraq, 1/8 final mərhələsinin iki cavab görüşü keçirilib. 
Türkiyənin yeganə təmsilçisi “Başakşehir” Danimarkada “Kopenhagen”in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Hesabı 4-cü dəqiqədə Yonas Vinn açıb. 52-ci dəqiqədə Vinn dəqiq penalti zərbəsi ilə “dubl” edib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Rasmus Falk qoyub. 
Beləliklə, Türkiyə çempionu iki görüşünün yekunu olaraq, mübarizəni dayandırıb. Martın 12-də keçirilmiş ilk matçda “Başakşehir” 1:0 hesabı ilə qalib gəlmişdi.
Mərhələni adlayan digər komanda isə Ukrayna “Şaxtyor”u olub. Donetsk klubu Kiyevdəki cavab görüşündə Almaniya “Volfsburq”unu yenib – 3:0. Hesabı 89-cu dəqiqədə Junior Moraeş açıb. 90+1-ci dəqiqədə isə Manor Solomon fərqlənib. 90+3-cü dəqiqədə isə Moraeş son nöqtəni qoyub. İlk görüşdə də “Şaxyor” qələbə qazanmışdı – 3:1.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir