PSJ UEFA Superkubokunun qalibi olub

İdman

Bakı. Trend:

Fransanın “Pari Sen-Jermen” futbol klubu UEFA Superkubokunun
qalibi olub.

Trend-in
məlumatına görə, PSJ İngiltərənin “Tottenhem” komandasına
penaltilər seriyasında qalib gələrək kuboku qazanıb.




Görüş İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda baş
tutub.

Qarşılaşmanın əsas vaxtdı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
PSJ-nin heyətində qolları Li Kan İn (85-ci dəqiqə) və Qonsalu Ramos
(90+4) vurublar. “Tottenhem”dən Miki van de Ven (39) və Kristian
Romero (48) fərqləniblər. Penaltilər seriyasında isə Paris
təmsilçisinin futbolçuları daha dəqiq olub – 4:3.