“Mançester Yunayted” “Ayaks”ın futbolçusu ilə anlaşıb

İdman

“Mançester Yunayted” “Ayaks”dan Lisandro Martinesin transferi üçün Niderland komandası ilə anlaşdığını açıqlayıb.

Premyer Liqa təmsilçisi futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdıqdan sonra transferi rəsmiləşəcək.

Həmçinin, oyunçu hələ tibbi müayinədən keçməli və Britaniya vizası almalıdır.

“Ayaks”ın 24 yaşlı futbolçu üçün 57,37 + 10 milyon avro alacağı bildirilib.

Lisandro ilə 2027-ci ilədək müqavilə imzalanacaq.

Qeyd edək ki, futbolçu ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb və 1 qol vurub.

Mənbə: sports.ru

www.RIA24.az

Spread the love