Kikboksinq millimiz Dünya Kubokunda 49 medal qazandı

İdman

13-15 may tarixlərində İstanbulda keçirilən kikboksinq üzrə Dünya Kuboku sayılan “Turkish Open” beynəlxalq turnirində idmançılarımız uğurla çıxış ediblər.

Oxu.Az-ın xəbərinə görə, kikboksçularımız qardaş ölkədə 49 medal qazanıblar.

Bunlardan 13-ü qızıl, doqquzu gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən beşinci ölkə olub.

Qeyd edək ki, ilk dəfə bu yarışda kikboksinqin “Point Fighting” növü üzrə yarışan millimiz altı bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada keçiriləcək V İslam Həmrəylik Oyunlarında təmsil edəcəklər.

Onu da bildirək ki, kikboksinq millimizin İslamiadadan öncə daha bir beynəlxalq yarışda çıxışı gözlənilir. Bu, 2-5 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək növbəti Dünya Kubokudur.

Səbuhi Musa

www.RIA24.az

Spread the love