Məktəblərdə “Basketbol sinfi” yaradılacaq

İdman

Bu gün Azərbaycan Basketbol Federasiyasının son beş ayda gördüyü işin hesabatı açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, federasiyanın seleksiya üzrə koordinatoru Zərbəli Sahibcanovun açıqladığı hesabatda fevraldan bəri regionlar üzrə yarışların təşkil olunduğu bildirilib.

Belə ki, şagirdlər üçün U-12, U-14, U-17 Kuboku və ali məktəbdə təhsil alanlar üçün Tələbə Kuboku keçirilib.

Həmçinin gənclərin basketbol inkişaf proqramı hazırlanıb. Bu proqrama əsasən, 20-30 uşaqdan ibarət “Basketbol sinfi” adlı siniflər yaradılacaq. Onlar əla məktəblərdə təhsil alacaq, rahat yataqxanada qalacaq, gündə 3 dəfə isti yeməklə qidalanacaq və basketbol üzrə peşəkar əcnəbi uşaq məşqçiləri tərəfindən təlimlər alacaqlar.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dekabrdan etibarən Basketbol Federasiyasının prezidentidir.

Səbuhi Musa

www.RIA24.az

Spread the love