UEFA Avropa Liqasının qalibi bəlli oldu – VİDEO

İdman

UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulub.

Turnirin final oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) və Şotlandiyanın “Reyncers” klubları üz-üzə gəlib.

İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda oynanılan qarşılaşma gərginliyilə yadda qalıb.

Sloveniyalı FIFA referisi Slavko Vinçiçin idarə etdiyi matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitdiyindən 30 dəqiqəlik əlavə vaxta ehtiyac yaranıb. Lakin bu müddət ərzində də rəqiblərdən heç biri fərqlənə bilmədiyi üçün qalibi 11 metrlik penalti zərbələri seriyası müəyyənləşdirib. 

Cərimə zərbələrində daha dəqiq olan almanlar (5:4) turnirin builki qalibi adına yiyələniblər.

Qeyd edək ki, Avropa Liqasının öncəki qalibi İspaniyanın “Vilyarreal” klubu olub.

www.RIA24.az

Spread the love