UEFA Millətlər Liqasının qrup mərhələsində III turuna start verilib.
Oxu.Az xəbər verir ki, günün ən maraqla gözlənilən qarşılaşmaları Pireney yarımadası təmsilçiləri – Portuqaliya və İspaniyanın iştirakı ilə keçirilən matçlar olub.
Doğma meydanda Çexiya millisini sınağa çəkən Kriştianu Ronaldunun komanda yoldaşları oyundan qələbə ilə ayrılıblar – 2:0.
İsveçrənin qonağı olan ispanlar da öz qonşularından geri qalmayaraq, qarşılaşmanı minimal hesablı qələbə ilə başa vurublar – 1:0.
Həmçinin, Gürcüstanın yığma kollektivi səfərdə Şimali Makedoniyanı (3:0), Serbiya isə İsveçi (1:0) məğlub edib.
UEFA Millətlər Liqası
III tur
A Liqası
2-ci qrup
Portuqaliya – Çexiya 2:0
İsveçrə – İspaniya 0:1
B Liqası
4-cü qrup
Norveç – Sloveniya 0:0
İsveç – Serbiya 0:1
C Liqası
2-ci qrup
Yunanıstan – Kipr 3:0
Kosovo – Şimali İrlandiya 3:2
4-cü qrup
Cəbəllüttariq – Bolqarıstan 1:1
Şimali Makedoniya – Gürcüstan 0:3
D Liqası
2-ci qrup
Malta – Estoniya 1:1
www.RIA24.az