Arif Rəhimov: “Əvvəldən “Red Bull”u favorit sayırdım”

İdman

“Düşünürəm ki, yarış çox uğurlu keçdi. Heç bir problemlə üzləşmədik. 6-cı yarışda “Red Bull” komandasının pilotu Maks Ferstapen qalib oldu. Hər il müxtəlif qaliblər olub. Bu dəfə də sindrom qırılmadı”. 

Bunu Oxu.Az-a açıqlamasnda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib. 

O bildirib ki, Bakıdakı trekdə hər şey – gözlənilməz hadisələr baş verə bilər: “Mən fikirləşirdim ki, Maks Ferstapen, ya da onun komanda yoldaşı Serxio Peres qalib olacaq. Mən “Red Bull”u favorit sayırdım”.

Səbuhi Musa

www.RIA24.az

Spread the love