Həbib Nurməhəmmədovun adı UFC-nin “Şöhrət zalı”na düşdü – VİDEO

İdman

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov adı UFC-nin “Şöhrət zalı”na daxil edilib.

Tədbir Las-Veqasda (ABŞ) keçirilən rəsmi mərasimdə elan olunub.

Xatırladaq ki, H.Nurməhəmmədov karyerasının son döyüşünü 2020-ci ilin oktyabrında ABŞ təmsilçisi Castin Qetjiyə qarşı keçirib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan görüşdə o, boğucu fəndlə rəqibi təslim olmağa vadar edib.

Mənbə: Championat

www.RIA24.az

Spread the love