Rəşad Sadıqov: “Komandamdan razıyam”

İdman

“Oyunun həlledici məqamları ilk iki qol oldu. Bizim də imkanlarımız oldu. Rəqib səhvlərimizdən sonra fərqləndi, biz isə kombinasiyalı hücumlar qurduq. Sevindirici məqam odur ki, uşaqlar oyundan qopmadılar. Onlardan razıyam”.

“Report”un məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Bakıda İsrailin “Makkabi” (Təl-Əviv) komandasına 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Qeyd edək ki, cavab qarşılaşması iyulun 28-də Təl-Əvivdə olacaq.

www.RIA24.az

Spread the love