OPEC 2021-ci ildə neftə tələbata təsir edəcək amilləri açıqlayıb

İqtisadiyyat

OPEC 2021-ci ildə neftə tələbata təsir edəcək amillər sırasına COVID-19 pandemiyası ilə yanaşı, ABŞ-ın yeni administrasiyasının siyasətini, “Brexit” üzrə danışıqları, habelə davam edən ticarət danışıqlarını daxil edib.
“Report” xəbər verir ki, bu barədə kartelin aylıq icmalında deyilir.
İcmala əsasən, pandemiyadan sonra qlobal iqtisadi artım 2020-ci ilin üçüncü rübündə əhəmiyyətli dərəcədə bərpa olunub, özü də bərpa əsasən müstəsna büdcə və pul-kredit stimulları, eləcə də ikinci rübün sonlarına doğru təcridetmə tədbirlərinin yüngülləşdirilməsi ilə dəstəklənib.
Bundan əlavə, OPEC-də hesab edirlər ki, pandemiya zamanı əsasən OECD ölkələrində toplanan vəsaitlər istehlakın bərpası, eləcə də qlobal ticarətin və investisiyaların artımı üçün möhkəm zəmin yaradıb. Son vaxtlarda yoluxanların sayının artması və bununla da artan qeyri-müəyyənlik qlobal iqtisadi dirçəlişi daha həssas edib və indi qlobal ÜDM-in 2020-ci ildə 4,2% azalacağı proqnozlaşdırılır.
“Gələn il isə qlobal ÜDM-in 4,4% artacağı proqnozlaşdırılır. Bu sıçrayış əsasən formalaşmaqda olan bazarlar və inkişaf etməkdə olan ölkələrin, xüsusilə də Asiyadakıların, hesabına gerçəkləşəcək. Artımın faktiki traektoriyası COVID-19 ətrafındakı qeyri-müəyyənliklərdən, ABŞ-ın yeni administrasiyasının siyasətindən və “Brexit” üzrə danışıqlardan və mövcud ticarət danışıqlarından çox asılı olacaq”, – hesabatda deyilir.
“Böyük iqtisadiyyatlı ölkələrin əksəriyyətində vaksinasiya proqramlarının mümkünlüyü ilə bağlı son xəbərlər peyvəndin 2021-ci ilin ikinci yarısına qədər qlobal miqyasda tədricən istifadəyə veriləcəyi ilə bağlı hazırkı proqnozu təsdiqləyir. Daha erkən əlyetərlilik normallaşmaya gözləniləndən daha sürətli keçməyə imkan verəcək”, – OPEC analitikləri düşünür.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir