“PAŞA Sığorta” xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə “Audatex” ilə əməkdaşlığı genişləndirdi

İqtisadiyyat

Müştərilərin gözləntilərini anlamaq, onların sığorta təcrübəsini sadə və etibarlı etmək “PAŞA Sığorta” şirkəti üçün öndə olan məqsədlərdəndir. Şirkət daim müştəri məmnumiyyətini yüksəltmək üçün beynəlxalq təcrübələrə əsaslanır və qlobal şirkətlərlə əməkdaşlıq edir. Bu istiqamətdə növbəti addım avtomobil üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərlərin qiymətləndirilməsi prosesinin optimallaşdırılması və sürətləndirilməsidir.

Bu məqsədlə “PAŞA Sığorta” zərərlərin qiymətləndirilməsi sahəsində çox geniş məlumat bazasına sahib və süni intellekt vasitəsilə məlumatları emal etməklə müxtəlif müasir həllər təqdim edərək, bu sahədə öz uğurlu mövqeyini təsdiqləmiş “Solera” şirkətinin Azərbaycandakı təmsilçisi “Audatex” şirkəti ilə iyul ayından başlayaraq əməkdaşlığını genişləndirib.

Belə ki, “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin üzvü Aygün Ömərovanın sözlərinə görə, “Audatex” şirkəti ilə əməkdaşlıq nəticəsində təqdim olunan elektron platforma vasitəsilə beynəlxalq avtomobil istehsalçılarının mövcud meyarlarına əsaslanaraq, müştərilərin avtomobillərinə dəyən zərərləri keyfiyyət standartlarına uyğun, tam şəffaf və daha sürətli qaydada qiymətləndirmək imkanı yaranacaq.

Qeyd etmək istərdik ki, hal-hazırda qeyri-həyat sığorta bazarının lideri olan “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət edir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB+”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lideri və ən böyük sığorta şirkətlərindəndir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir