ARDNF 16 ilə büdcəyə 100 mlrd manat vəsait köçürüb

İqtisadiyyat

2003-2019-cu illərdə dövlət büdcəsinə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 99,9 mlrd manat və yaxud 99,7 mlrd ABŞ dolları məbləğində vəsait köçürülüb.
Bu barədə ARDNF-nin 2019-cu il üzrə illik hesabatında qeyd edilib.
Bu dövr ərzində ARDNF-nin cəmi büdcə xərcləri 112,4 mlrd manat olub və transfertlər bu xərclərin 88,9%-ni təşkil edib.
Fondun ən az büdcə transferti 2003-cü ildə, ən yüksək isə 2019-cu ildə həyata keçirilib. 2003-cü ildə ARDNF-dən dövlət büdcəsinə 100 mln manat, 2019-cu ildə 11,364 mlrd manat köçürülüb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir