Neft Fondu Moskvadakı əmlakında zərərdən mənfəətə keçib

İqtisadiyyat

Azərbaycan Dövlət Neft Fondu 2019-cu il ərzində Moskvada “Tverskaya 16” JSC-dan 8,3 mln manat  məbləğində icarə gəliri və 4,6 mln manat məbləğində mənfəət əldə edib.
Bu barədə Neft Fondunun 2019-cu il üzrə auditi aparılmış Konsolidasiya Edilmiş Maliyyə Hesabatlarında qeyd edilib.
 Bu məbləğlər Fondun vergidən əvvəlki xalis mənfəətinə/zərərinə yönəldilib.
Fondun bu investisiyadan 2018-ci il üzrə icarə gəliri 8,76 mln manat (5% az) olub, 815 min manat isə zərər edib.
Bildirilib ki, xalis mənfəətə 1,14 mln manat məbləğində ədalətli dəyər üzrə artım (2018-ci ildə 4,03 mln manat məbləğində azalma) daxildir.  
Qeyd edək ki, 2012-ci il dekabrın 21-də ARDNF “Tverskaya 16” JSC-də səsvermə səhmlərinin 100%-ni əldə edib. Onun əsas fəaliyyəti Rusiyada, Moskvanın mərkəzi biznes rayonunda yerləşən “Gallery Actor” ofis-ticarət mərkəzinin idarə edilməsidir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir