AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu tarixdə açıqlayacaq

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə
bağlı növbəti qərar barədə məlumatı 2025-ci il sentyabr ayının
10-da ictimaiyyətə açıqlayacaq.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti
qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili
risk amillərinin dinamikasından asılı olaraq veriləcək.




“Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək
üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam
edəcək”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə
Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi
azaldılıb. Uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz
dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib.