
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya
qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 46,4%-i “AA”
reytinqli (ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 faiz bəndi çox)
olub.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Fond “AAA” reytinqli alətlərin
xüsusi çəkisini 63,8%-dən 21,5%-ə endirib.
Əvəzində Fond “A” reytinqli alətlərin xüsusi çəkisini 10,3%-dən
19,1%-ə, “BBB” reytinqli alətlərin xüsusi çəkisini 7%-dən 12,6%-ə,
qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 0,3%-dən
0,4%-ə yüksəldib.
Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və
digər pul bazarı alətlərinin 29,6 %-i 1 ildən 3 ilədək, 29,4%-i 5
ildən artıq, 26,2%-i 3 ildən 5 ilə qədər, 14,8%-i isə 1 ilə qədər
müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq
27,1%, 28,1%, 24,3 % və 20,5% təşkil edib.