Banklar ipoteka kreditlərinin həcmini iki dəfəyə qədər artırıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin iyulun 1-nə banklar tərəfindən 57,1 milyon manat ipoteka
krediti verilib.

Trend-in
Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü
ilə müqayisədə banklar tərəfindən verilmiş ipoteka kreditlərinin
həcmi 13,9 milyon manat və ya təqribən iki dəfəyə yaxın artıb
artıb.

Bu dövr ərzində İpoteka və Kredit Zəmanət Fondu (İKZF)
tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi
67,8 milyon manat olub. Əvvəlki ilin göstəricilərinə nisbətən
yenidən maliyyələşdirilən kreditlərin həcmi 7,5 milyon manat və ya
12,4% artıb.




Cari ilin iyulun 1-nə banklar tərəfindən verilən məbləğ 64 774
manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəriciyə
nisbətən 2 165 manat və ya 3,5% çoxdur. Eyni zamanda hesabat
dövrünə kreditlər üzrə orta faiz dərəcəsi 6,36 faiz təşkil edib. Bu
rəqəm ötən ilin müvafiq dövründə 6,34 faiz idi.

Kreditlər üzrə aylıq ödəniş məbləği ötən ilin müvafiq dövrü ilə
müqayisədə yüksəlib. Əgər 2024-cü ilin iyulun 1-nə kreditlər üzrə
aylıq ödəniş 444,2 manat idisə, cari ilin müvafiq dövründə həmin
rəqəm 461 manat olub. Beləliklə, kreditlər üzrə aylıq ödəniş
məbləği illik müqayisədə 16,8 manat və ya 3,8% artıb.

Spread the love