“İstisu” mineral su zavodunun ixrac gəlirləri məlum olub

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Kəlbəcərdə yerləşən “İstisu”
mineral su zavodundan 562,4 min ABŞ dolları dəyərində ixrac həyata
keçirilib.

Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin “İxrac icmalı”nın iyul sayında bildirilib.

Məlumata əsasən, təkcə cari ilin iyun ayında isə zavod 196,2 min
ABŞ dolları dəyərində məhsul ixracı aparıb.




Qeyd edək ki, 1976-cı ildə Kəlbəcər rayonunda “İstisu” mineral
suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki işğal
dövründə zavodun fəaliyyəti dayandırılıb.

26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “İstisu”
mineral su zavodunun təməlini qoyub.

2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsalına
başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir