
Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştəri
təcrübəsini təkmilləşdirmək məqsədilə yeni kampaniyaya start
verir.
5 avqust – 5 sentyabr 2025-ci il tarixlərində keçirilən
kampaniya çərçivəsində “mPOS” – mobil POS-terminal məhsulu sifariş
edən və ilk ödənişini qəbul edən hər taksi sürücüsünə “Azpetrol”
yanacaqdoldurma şəbəkəsindən 10 AZN dəyərində Aİ-92, Aİ-95
(premium) markalı benzin, dizel və ya qaz yanacaq kuponu hədiyyə
ediləcək. Kampaniya taksi fəaliyyət kodu ilə hesab açan və
kampaniya müddətində “mPOS” sifariş edib ilk ödənişi qəbul edən
sürücülərə şamil olunur. Yanacaq hədiyyəsi barədə bildiriş
sürücülərin nömrəsinə xüsusi kod vasitəsilə göndəriləcək.
Daha ətraflı məlumat və “mPOS” məhsulu sifariş etmək
üçün linkə keçid
edin.
Müştəriyönümlü həllər təqdim etməyə davam edən “PAŞA Bank”ın
“mPOS” məhsulu 2024-cü ildən etibarən biznes sahiblərinin
xidmətindədir. Biznes sahibləri depozit və dövriyyə tələbi olmadan
“mPOS” məhsulundan istifadə edərək təmassız ödənişləri telefonları
ilə qəbul edə bilirlər.