Azərbaycan elektrik mühərrikli nəqliyyat vasitələrini hansı ölkələrdən alır? – SİYAHI

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin ilk 5 ayında Azərbaycana 13 ölkədən 25,8 milyon ABŞ
dolları dəyərində 767 ədəd yalnız elektrik mühərrikilə hərəkətə
gətirilən nəqliyyat vasitələri idxal edilib.

Bu barədə Trend
Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 27,7 milyon ABŞ dolları və ya 2,1 dəfə,
həcm baxımından isə 483 ədəd və ya 1,6 dəfə azdır.

Bəs, Azərbaycana elektrik mühərrikli avtomobillər
hansı ölkələrdən gətirilir?




Cari ilin ilk 5 ayında ölkəyə yalnız elektrik mühərrikilə
hərəkətə gətirilən nəqliyyat vasitələri ən çox Çindən gətirilib.
Belə ki, hesabat dövründə sözügedən ölkədən Azərbaycana 9,4 milyon
ABŞ dolları dəyərində 342 ədəd sözügedən nəqliyyat vasitələri idxal
edilib.

Siyahıda ikinci pillədə 274 ədəd elektromobil idxalı ilə Amerika
Birləşmiş Ştatları gəlir. Bu qədər elektromobilin alınmasına
təqribən 5 milyon ABŞ dolları sərf edilib.

Azərbaycanın ən çox elektrik mühərrikli nəqliyyat vasitələri
idxal etdiyi ölkələr siyahısında ilk üçlüyü Almaniya tutur. Belə
ki, bu ilin yanvar-may aylarında sözügedən ölkədən Azərbaycana 7,4
milyon ABŞ dolları dəyərində 94 ədəd elektromobil gətirilib.

2025-ci ilin yanvar-may ayları ərzində digər ölkələr üzrə
Azərbaycana idxal edilən yalnız elektrik mühərrikilə hərəkətə
gətirilən nəqliyyat vasitələri üzrə göstəriciləri təqdim
edirik:

Ölkə

Miqdar

Məbləğ (Min ABŞ dolları)

Koreya Respublikası

25

389,62

Yaponiya

9

164,58

Avstriya

8

1061,07

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı

5

2095,38

Meksika

4

75,6

İsveç

2

25,6

Cənubi Afrika Respublikası

1

34

Türkiyə

1

2,04

İspaniya

1

28,97

Rumıniya

1

5