KİV: İran ABŞ-la müharibəni bərpa etməyə tam hazıdır

Baş səhifə

İran müharibənin yenidən başlaması ehtimalını nəzərə alaraq, yeni hədəf siyahısı tərtib edib.

“Tasnim” xəbər verir ki, atəşkəsin son saatlarının yaxınlaşması fonunda və ABŞ-ın dəniz blokadasını davam etdirməsinin danışıqların keçirilməsinə mane olduğuna görə, İran müharibənin yenidən başlama ehtimalı üçün tam hazırdır.

Məlumata görə, İran son iki həftədə müharibənin yenidən başlaması ehtimalını yüksək hesab edib və bu səbəbdən bəzi hərbi yerdəyişmələr, yeni hədəf siyahıları və yeni “sürprizlər” hazırlayıb.

Qeyd edilib ki, buna əsasən, ehtimal edilən müharibənin başlayacağı andan etibarən “ABŞ və İsrailin üzünə cəhənnəmin başqa qapıları açılacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir