
Bakı.Trend:
Rumıniyanın paytaxtı Buxarestdə “CET Vest” istilik elektrik
stansiyasında güclü yanğın baş verib.
Trend xəbər verir
ki, bu barədə xarici media məlumat yayıb.
İlkin məlumata görə, yanğına səbəb 30 ton yaxın yağla dolu olan
elektrik transformatorunun partlaması olub.
Hadisə yerinə səfərbər olunan beş yanğın-mühafizə briqadası,
alovu bir neçə saat ərzində tam söndürməyə nail olub.
Zərərçəkənlər barədə məlumat yoxdur.
“Elcen” şirkəti elektrik təchizatının tam bərpa olunduğunu
bildirsə də, insident nəticəsində Buxarestin 2 mindən çox yaşayış
məhəlləsi qaynar sudan (istilik sistemi) məhrum olub.
İES-də infrastrukturun tam bərpası işlərinin bir ilə qədər çəkə
biləcəyi deyilir.

