Azərbaycanın sənaye zonalarında avtomobil istehsalı 80% artıb

İqtisadiyyat

Bakı. Trend:

2018-ci ildən 2025-ci ilin I yarısı da daxil olmaqla
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı
Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 518
milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.

Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.




Məlumata görə, təkcə cari ilin 6 ayı ərzində Hacıqabul Sənaye
Parkında 59 milyon manatlıq –1928 ədəd avtomobil, Neftçala Sənaye
Məhəlləsində isə 16,6 milyon manatlıq 1165 ədəd avtomobil istehsal
edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə
təqribən 80% artıb.

“Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”,
“VGV”, “UAZ”, “Lada”, “Khazar”, “JAC”, “Bestune” və s. markalı
avtomobillər istehsal edilib”, – məlumatda qeyd edilib.