AQC-də Elmi-Metodiki Şura yaradılıb

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində
Elmi-Metodiki Şura fəaliyyətə başlayıb.

AQC-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən
Trend-ə verilən
məlumata görə, şurada tanınmış iqtisadçı alimlər təmsil olunur.
Qiymətləndirmə prosesinin keyfiyyətini və onun elmi-metodiki
təminatını yüksəltmək, peşəkar qiymətləndiricilərin
yetişdirilməsinə, qiymətləndirmə sahəsinə dair elmi məqalələrin
yayılması və elmi jurnalın dərcinə nail olmaq məqsədilə fəaliyyət
göstərəcək şura Azərbaycanın elmi-tədqiqat ocaqları və ali təhsil
müəssisələri ilə yaxından əməkdaşlıq edəcək.




AQC sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin
dosenti, iqtisad üzrə fəlsəfə doktoru İbrahim Quliyev, Bakı
Avrasiya Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə
doktoru, dosent Vüsalə Nağıyeva, AR Elm və Təhsil Nazirliyi
İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru,
professor Rəsmiyyə Sabir, Azərbaycan Dövlət İqtisad Universitetinin
dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nəzakət Musayeva, Azərbaycan
Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru
Natavan Namazova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ülkər
Sadıqova, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti,
iqtisad üzrə fəlsəfə doktoru İlqar Məmmədov, Azərbaycan Texniki
Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əliheydər
Panalıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti,
iqtisad üzrə fəlsəfə doktoru Bulud Sadıqov, Beynəlxalq idarəetmə
sistemləri (standartları) üzrə mütəxəssis, Britaniya Standartlar
İnstitutunun və LRQA (Lloyd s Register) İSO 9001,İSO 45001
standartları üzrə aparıcı auditoru Asif İbrahimov və Bakı Avrasiya
Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Pərvin
Verdiyeva AQC-nin Elmi-Metodiki Şurasının üzvü seçiliblər.

Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1998-ci
ildə təsis olunub və ölkəmizin ilk assosiativ ictimai
birliklərindən biridir. Qiymətləndiricilər arasında qarşılıqlı,
faydalı və kordinasiyalı fəaliyyəti təşkil edən AQC dövlət
qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, vətəndaş
cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx
əməkdaşlıq edir. Bu günə qədər qiymətləndirmə sahəsində yüzlərlə
sertifikasiya imtahanı və çoxsaylı meqa layihələr həyata keçirib.
2022-ci ilin mayından quruma rəhbərlik edən Vüqar Oruc eyni zamanda
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,
Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin qatıldığı, Rusiya,
Belarus, Gürcüstan qiymətləndirmə birliklərinin fəaliyyətində
yaxından iştirak etdiyi, 700-dən artıq qiymətləndirmə şirkəti və
minlərlə qiymətləndiricinin təmsil olunduğu Türk Dövlətləri
Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidentidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir