Ötən il kənd təsərrüfatı sektoruna ayrılan büdcə vəsaiti tam istifadə olunub

İqtisadiyyat

Bakı. Trend:

Ötən ilin dövlət büdcəsində “Kənd Təsərrüfatı” sektoru üzrə 6
icraçı təşkilat tərəfindən 7 proqram üzrə 27 tədbirin həyata
keçirilməsi üçün 1,2 milyard manat məbləğində vəsait (ötən illə
müqayisədə 247,0 milyon manat və ya 25,8 faiz çox)
proqnozlaşdırılıb.

Trend Maliyyə
Nazirliyinə istinadən xəbər verir ki, sektor üzrə ötən il icraçı
təşkilatların sifarişləri əsasında 1,1 milyard manat (91,1 faizi)
və ya proqnozda nəzərdə tutulduğundan 106,8 milyon manat az vəsait
ayrılıb və tam həcmdə istifadə olunub.

Məlumata görə, eyni zamanda, proqnozlaşdırılan vəsaitin 11,3
faizi və ya 137,9 milyon manat bölüşdürülməmiş vəsait olaraq
ayrılıb və tam həcmdə istifadə olunub.

Sektor üzrə vəsaitin 45,1 faizi Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyi və strukturuna daxil olan qurumlar
(Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında
Aqrar Kredit və İnkişaf Agentliyi və Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi), 40
faizi isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində
“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs tərəfindən
icra olunan tədbirlərin payına düşüb.




Sektor üzrə icra göstəricilərinə əsasən 2024-cü ildə kənd
təsərrüfatı məhsullarının ümumi istehsal həcmində ötən ilin müvafiq
dövrü ilə müqayisədə 1,5 faiz artım olmuş və kənd təsərrüfatı
məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən 6,5 faiz
artıb.

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin 52,6
faizi heyvandarlıq sahəsinin, 47,4 faizi bitkiçilik sahəsinin
payına düşüb, kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində
yaradılan əlavə dəyərin ÜDM-də payı 5,7 faiz təşkil edib.

Sektora dövlət dəstəyi çərçivəsində 9107 kənd təsərrüfatı
texnikası və avadanlığın satışı maliyyələşdirilib, 4105 fiziki və
hüquqi şəxsə 75,4 milyon manat məbləğində güzəştli kredit verilib,
98,2 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir