
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 63 401 ədəd avtomobil
idxal edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu sayda avtomobilin idxalına çəkilən xərcin
həcmi 1,2 milyard ABŞ dolları olub.
Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar
ifadəsi ilə 12 222 ədəd və ya 23,9%, dəyər ifadəsi ilə 227,2 milyon
ABŞ dolları, yaxud da 24,1% artıb.
Dövr ərzində ölkəyə 25,2 milyon ABŞ dolları dəyərində 305 ədəd
sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün
nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,1 milyard ABŞ
dolları dəyərində 58 044 ədəd əsasən adam daşımaq üçün nəzərdə
tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat
vasitələri idxal edilib.