“Hazırda “Böyük Qayıdış” çərçivəsində məcburi köçkünlərin Qarabağa qayıtması üzərində işlər aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, azad olunan ərazilərdə işlə təminatı məsələsinə baxılır:
“Qazilərin orada işə cəlbinə üstünlük veriləcək. Hazırda “Qarabağda iş platforması” adlı layihə hazırlanır”.
İlhamə Əbülfət
www.RIA24.az