Kirayə mənzil sektorundakı qara bazar “ağardılacaq”

İqtisadiyyat

“Azərbaycan İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti kirayə mənzil bazarındakı qara bazarı aradan qaldırmaq üçün müzakirələr aparacaq”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin idarə rəisi Rəşad Nuriyev deyib.

R.Nuriyev bildirib ki, hazırda kirayə mənzil bazarında vergidən yayınma mövcuddur:

“Belə ki, vergi ödəyicisi olan iki şəxs arasında anlaşma olur, hansı ki, bu heç notarial qaydada da təsdiqlənmir. Bütün bunları nəzərə alaraq növbəti illərdə kirayə mənzil bazarında vergilərin təşviqi ilə bağlı məsələ müzakirə ediləcək”.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir